"Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması Moskva üçün çox şey deməkdir."

Bunu Rusiya xarici işlər nazirinin müavini Boqdanov bəyan edib.  Moskva Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasında böyük məna görür.


İqtisadiyyat.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Boqdanovdan Ankara və Dəməşqin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin görüşünün təşkili üçün Moskvaya müraciət edib-etmədiyi soruşulub.


Rusiyalı diplomat deyib: “Xeyr, məsələ hələ bu şəkildə gündəmə gətirilməyib, lakin biz həmişə deyirik ki, biz konstruktiv təkliflərə hər zaman cavab verməyə hazırıq, çünki Suriya ilə Türkiyə arasında münasibətlər qarşılıqlı münasibətlərin tanınması prinsiplərinə əsaslanır. Həm Suriyanın, həm də Türkiyənin suverenliyi və ərazi bütövlüyünün normallaşmasında böyük məna görürük”.