Rusiyanın xarici ticarət profisiti ilin birinci yarısında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,8 faiz azalaraq 54,3 milyard dollara düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, ölkənin cari balansının profisiti bu ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 86,3 faiz azalaraq 20,2 milyard dollar olub.

Sözügedən dövrdə ölkənin xarici ticarət profisiti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,8 faiz azalaraq 54,3 milyard dollara düşüb.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada, xarici ticarət müsbət saldosunun azalmasının turizm mövsümünün başlaması ilə idxalın artması və rusların xaricə səyahətləri ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın xarici ticarət profisiti 2022-ci ildə əvvəlki ilə nisbətən 66 faiz artaraq 282,3 milyard dollara çatmışdı.