Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada keçirilən Rusiya-Körfəz Əməkdaşlıq Şurası strateji dialoqunun nazirlər toplantısından sonra İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Tərəflər Moskva və Tehranın qarşılıqlı maraq doğuran Yaxın Şərq problemlərinə dair prinsipial yanaşmalarının daha sıx əlaqələndirilməsi məsələlərini, o cümlədən Rusiya ilə Körfəz Əməkdaşlıq Şurası arasında strateji dialoqun nazirlər görüşünün altıncı raundunun nəticələrini nəzərə alaraq müzakirələr aparıblar”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedova Rusiya-Körfəz Əməkdaşlıq Şurası nazirlərinin bazar ertəsi keçirilən görüşünün yekun bəyanatı ilə bağlı etirazını bildirib. İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, etiraz bəyanatın Körfəzdə üç adaya sahib olması ilə bağlı müddəasına etiraz edilib. Agentlik bildirir ki, İran Xarici İşlər Nazirliyi bu adaların İrana aid olduğunu vurğulayaraq, Rusiyanı bu məsələdə mövqeyini tənzimləməyə çağırıb.

Xatırladaq ki, bazar ertəsi Moskvada Rusiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoqu çərçivəsində nazirlərin görüşünün altıncı raundu keçirilib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov danışıqlardan sonra bildirib ki, tərəflər 2023-2028-ci illər üçün birgə fəaliyyət planını qəbul ediblər.

Nazirlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşəbbüsü ilə üç ada (Əbu Musa, Böyük və Kiçik Tunbs) probleminin sülh yolu ilə həlli istiqamətində səyləri də daxil olmaqla, bütün sülh səylərini dəstəklədiklərini təkrarlayıblar. 

Körfəzin strateji əhəmiyyətli hissəsində yerləşən bu adalar BƏƏ və İran arasında mübahisə mövzusudur.