“Qarabağ”ın yeni transferi Andrey Lunyovun meneceri Anton Smirnov maraqlı açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, O, “sport24.ru” saytına açıqlamasında Azərbaycan çempionu ilə yanaşı, başqa klublardan da təklifləri olduğunu bildirib:

“Rusiya və Avropa klublarından təkliflər var idi. “Qarabağ”la müqavilə üçün Bakıya gələndə başqa Avropa klublarından təklif aldıq. Artıq gecikmişdilər. Çünki yarım saat sonra “Qarabağ”la müqavilə imzalayacaqdıq. Bu səbəbdən təklifi nəzərdən keçirmədik”.

Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”la 1+1 illik müqavilə imzalayıb.