Rusiya hökuməti daxili bazarı qorumaq üçün bəzi mallara çevik ixrac rüsumları tətbiq edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Oktyabrın 1-dən Rusiyada rublun məzənnəsi ilə bağlı geniş çeşiddə mallara çevik ixrac rüsumları tətbiq olunmağa başlayacaq. Bu barədə fərman imzalanıb. Bu tədbir müvəqqəti xarakter daşıyır və daxili bazarın qorunmasına yönəlib", - məlumatda bildirilir.

Qeyd edilir ki, çevik ixrac rüsumları 2024-cü ilin sonuna qədər qüvvədə qalacaq. Onların ölçüsü müxtəlif məhsullar üçün 0 ilə 10% arasında dəyişəcəkdir. 

Nazirlər Kabineti bu tədbirlərin “malların ixracı ilə daxili istehlak arasında rasional nisbətin qorunması” üçün tətbiq edildiyini qeyd edib: "Qəbul edilən qərar daxili bazarı əsassız qiymət artımlarından qorumağa kömək edəcək".