Rusiya Premyer Liqası təmsilçisi "Axmat" "Sabah"ın baş məşqçisi Murad Musayevə təklif göndərib.

İqtisadiyyat.az xəbər verir ki, rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib.

M.Musayev "RB Sport" nəşrinə açıqlamasında "Axmat"ın təklifi ilə bağlı sualı belə cavablandırıb: “Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrında "Sabah"a keçib və klubla2 illik müqavilə imzalayıb. 2022/2023 mövsümünündə rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Azərbaycan çempionatının ikincisi olub.