“Strateji Raket Qüvvələrinin 5 birləşməsində yeni raket komplekslərinin yerləşdirilməsi üçün tikintiyə başlanılıb”.

Bu sözləri Şoyqu nazirlikdə rəsmilərlə keçirdiyi görüşdə bildirib:

“Qismən səfərbərlik çərçivəsində orduya cəlb edilən ehtiyat əsgərlərin Rusiya və Belarusda 100-dən çox poliqonda təxminən 3 min təlimçi tərəfindən yetişdirilib. 2 ayda könüllülər də daxil olmaqla 300 mindən çox ehtiyatda olan əsgərə təlim keçildi”.

Təlim mərkəzlərində 8 minə yaxın döyüş maşını, tank, artilleriya sistemi, pilotsuz uçuş aparatı, elektron döyüş sistemləri, hava hücumundan müdafiə vasitələri və radio heyəti yetişdirilib.

Şoyqu əlavə edib ki, 2023-cü ildə ordunun ehtiyacları üçün tikinti layihələri hazırlanarkən strateji nüvə qüvvələrinin maraqlarına uyğun tikintilərə xüsusi diqqət yetiriləcək.