Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 1 faiz bəndi artırılaraq 8,5%-dən 9,5%-ə çatdırılması barədə qərar qəbul edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə ötən il dekabrın 17-də uçot dərəcəsini 7,5%-dən 8,5%-ə qaldırmışdı.