Rusiya Xarici İşlər Nazirliyi 1932-1933-cü illərdə Ukrayna Sovet Sosialist Respublikasında (USK) baş vermiş kütləvi aclığın “Ukrayna xalqına qarşı soyqırımı” kimi tanınması ilə bağlı dünən Almaniyada qəbul edilmiş qərarı təxribat xarakterli akt kimi qiymətləndirib:


"Aclığın o illərdə təkcə Ukraynada deyil, bütün Sovet İttifaqında baş verdiyini və bunun milyonlarla insanın həyatına son qoyduğunu xatırladıram. Almaniya Bundestaqı irqi nifrət və ayrı-seçkiliyə əsaslanan faşist ideologiyasını canlandıran bu cür əxlaqsız qərarlardan utanmalı və vətəndaşları azad etməyə çalışmalıdır."