Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi Federal Məclisin nümayəndə heyəti Çinə səfərə yola düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi Federal Məclisin nümayəndə heyəti Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Zhao Lejinin dəvəti ilə Çin Xalq Respublikasına səfərə yola düşür”, - məlumatda deyilir.

Matviyenko Rusiya və Çin parlamentləri arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın səkkizinci iclasında iştirak edəcək. Nümayəndə heyətinə Rusiya parlamentinin hər iki palatasının bir sıra vitse-spikerləri və komitə rəhbərləri daxildir.

Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.