Futbol karyerasını “Əl-Nəsr”də davam etdirən Kriştiano Ronaldo cəsarətlə Səudiyyənin Pro Liqasının Amerika futbolundan üstün olduğunu bildirib. Daha sonra Ronaldo iddia edib ki, Pro Liqa Hollandiya Erediviziyası və Türkiyə Super Liqasını üstələyəcək. Ronaldo Lionel Messinin yeni liqası MLS ilə bağlı "Səudiyyə Liqası ABŞ-dan qat-qat yaxşıdır" şərhini verib. Buna cavab olaraq ABŞ-ın "Chivas", "Philadelphia" "Union" və "FC Cincinnati" kimi komandalarda çıxış edən keçmiş MLS ulduzu Mayk Lahoud Ronaldoya reaksiya verib.

İqtisadiyyat.az xəbər verir ki, Lahud "CBS Sports"a açıqlamasında "Ronaldo çox qəlyan çəkir. Bu, Səudiyyənin Pro Liqasının bir ildən sonra bu liqalardan [Eredivisie & Türkiyə Super Liqası] daha yaxşı olacağı mənasında gülünc bir ifadədir. Bu, Lionel Messinin qarşı edilmiş açıqlamadır. Messi 2026-cı il Dünya Çempionatında dünya oyununu Şimali Amerikanın qapısına çatdırmaqdan danışırdı. Hər şey Messi və onun aktuallığı haqqındadır. Və o, Serie A haqqında nə demişdi? "Yuventus"dan ayrılarkən komandası haqqında dedikləri, "Yuventus"u darmadağın etmişdi" deyib.

Ronaldoya Kərim Benzema, Roberto Firmino, Marselo Brozoviç, Ruben Neves və Kalidou Koulibali kimi bir sıra məşhur futbolçular qoşulub. Amma Messinin Mayamiyə gəlişi MLS-in səviyyəsini də yüksəltdi. Gözlənti Amerikada futbolun daha da inkişaf edəcəyidir.