Premyer Liqa nəhəngi "Mançester Yunayted"in keçmiş ulduzu Ronaldo keyfiyyətli futbolçuları Səudiyyə Ərəbistanına transfer olmaları üçün razı salmağa çalışır.

İqtisadiyyat.az "Skysports"a istinadən xəbər verir ki, Bailli iki Səudiyyə Ərəbistanı komandası ilə danışıqlara başlayıb. Onlardan birinin "Əl Nəsr" olduğu bildirilir.

Bailli 20 milyon funt-sterlinq (26 milyon dollar) müqavilə ilə Yaxın Şərqə gedə bilər. "Yunayted"in müdafiəçisi keçmiş komanda yoldaşı və "Əl-Nəsr"in ulduzu Ronaldo ilə Səudiyyə Ərəbistanı Pro Liqası və ölkədəki həyat haqqında məlumat əldə etmək üçün danışıb.

Erik ten Haq gələcək planlarında düşünmədiyi üçün Baillinin "Mançester Yunayted"dən ayrılacağı gözlənilir. Mərkəz müdafiəçisi müqaviləsinin son ilindədir, lakin klubun onu daha 1 il komandada saxlamaq imkanı var. O, ötən mövsümü Liqa 1-də icarə əsasında "Marsel"də keçirib və hazırda komandanı tərk etmək ehtimalı yüksəkdir.