"Əl Nəsr"in (Səudiyyə Ərəbistanı) və Portuqaliyanın 38 yaşlı ulduz hücumçusu Kriştiano Ronaldonun İnstaqram izləyicilərinin sayı 600 milyona çatıb. O, bu göstərici ilə birincidir. 

İqtisadiyyat.az xəbər verir ki, 2022-ci ilin noyabrında Ronaldonun İnstaqramda 500 milyon izləyicisi var idi.

İkinci yerdə 482 milyon izləyici ilə “İnter Mayami”nin (ABŞ) və FİFA Dünya Kubokunun son çempionu Argentinanın 36 yaşlı ulduz futbolçusu Lionel Messi qərarlaşıb.