Kriştiano Ronaldo Azərbaycana gələ bilər

İqtisadiyyat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcəyi gözlənilir.

Ronaldo şirkətlərdən birinin reklam siması ola bilər. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb. 

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.