UEFA "Roma" klubunu cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, "canavarlar"a maliyyə feyr-pleyi qaydalarının öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 5 milyon avro məbləğində cəza verilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Roma" iyunun 30-na qədər 28 milyon avrodan çox gəlir əldə etməli idi. UEFA kluba cərimə verməklə yanaşı, xəbərdarlıq da edib.

Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv ötən mövsüm A Seriyasında 6-cı olub.