"Renn” heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən klub “Loryan”ın yarımmüdafiəçisi Entso Le Feni transfr edib.

“Renn” bu transferə görə “Loryan”a 25 milyon avro ödəyib. 23 yaşlı futbolçu ilə də 5 illik müqavilə imzalanıb.

“Loryan”ın yetirməsi olan Entso Le Fe bu klubun əsas komandasında 142 oyun keçirib, 8 qol vurub.