Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, "Qrasshopper"də çıxış edən 24 yaşlı forvard "Sivasspor", "Qaziantep" və "Konyaspor"dan təklif alıb. Bu barədə "Teleqraf" nəşri məlumat yayıb.

Dadaşovun "Qrasshopper"lə müqaviləsi 2024-cü ilin yayına qədərdir. Hücumçu bu mövsüm 4 oyunda 1 qol vurub.