"Real Madrid"in prezidenti Florentino Peres klubun yeni transferini açıqlayıb.

İqtisadiyyat.az  xəbər verir ki, o, azarkeşlərlə söhbətində belə deyib.

"İspaniyalı hücumçu Xoselu ilə müqavilə bağladıq. O, gələn həftə bizə qoşulacaq. Bununla da transfer kampaniyasını başa vurduq. Başqa transfer olmayacaq".

Bu o deməkdir ki, Harri Keyn və Kilian Mbappenin Kərim Benzemanı mərkəz hücumçusu kimi əvəzləyəcəyi ilə bağlı şayiələr doğru deyil. Xatırladaq ki, "Qızıl top"un hazırkı sahibi "Əl-İttihad"a keçib.

Qeyd edək ki, "Real" Dortmund "Borussiya"sından Cud Bellinqem, "Rayo Valyekano"dan Fran Qarsiyanı transfer edib, "Milan"da icarə əsasında çıxış edən Brahim Diazı isə geri qaytarıb. Beləliklə, Xoselu Mato "kral klubu"nun heyətinə cəlb etdiyi 4-cü futbolçu olub.