"Real"ın yeni transferi Arda Güler sağ dizindən əməliyyat olunub.

İqtisadiyyat.az klubun saytına istinadən xəbər verir ki, əməliyyat uğurlu keçib. Türkiyəli yarımmüdafiəçi iyulun 29-da Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. 18 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" iyulun 6-da onunla 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.