"Real” yeni qapıçı tapdı. Zədələnərək ili erkən başa vuran Tibo Kurtuanı ispan həmkarı əvəz edəcək.

İqtisadiyyat.az xəbər verir ki, madridlilər Kepa Arrisabalaqanı heyətinə qatdığını rəsmən açıqlayıb. Qolkiperlə bir illik icarə müqaviləsi bağlanıb.

Qapıçı gələn yay müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıtmalıdır. Çünki anlaşmada satınalma bəndi yoxdur. “Real” onu saxlamaq istəsə, London klubu ilə danışıqlara başlamalı və rəsmi təklif göndərməlidir. “Bayern”in də heyətinə qatmaq istədiyi Kepa üçün “Real” bir il ərzində 18 milyon avro ödəyəcək.

2018-ci ildə “Çelsi”nin “Atleyik”dən 80 milyon avroya aldığı Arrisabalaqa “Ponferredina”, “Valyadolid” kimi komandalarda da çıxış edib. 28 yaşlı ispan “Çelsi”də əsas heyətin daimi üzvü deyildi.