"Real Madrid" "Fənərbağça"dan heyətinə qatdığı Arda Gülər üçün Madriddə imza mərasimi keçirib. "Real Madrid"in prezidenti Florentino Peres 18 yaşlı futbolçu haqqında yüksək fikirlər söyləyib və onun gələcəyi ilə bağlı planlarının olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, "Real Madrid" prezidenti Florentino Perez Arda Gülər haqqında bunları deyib:

"Bu gün heyətimizə "Real Madrid" arzusu ilə böyümüş birini qatırıq. "Real Madrid"ə xoş gəlmisiniz, Arda Gülər. Bu böyük gündə yanımızda olanlara təşəkkür edirik. Komandanı gücləndirmək üçün həmişə yaxşı futbolçular cəlb etmişik. Gələcəyimizdə mühüm payı olacaq istedadı transfer etdik".

"Gələcək uğurlarımızın təməlini qururuq. Çoxlu təcrübəli və istedadlı oyunçularla böyük uğurlar qazanmışıq. Bu yolla dünyanın ən böyük klubuna çevrilmişik. Gənc və istedadlı futbolçular "Real Madrid"in damı altında özlərini təkmilləşdiriblər. Onlar əfsanəyə çevriliblər.Klubun prezidenti olaraq "Fənərbağça"dan bizə gəlməyinizi böyük sevinclə qarşılayıram.Bunun Türkiyə tarixi üçün böyük bir addım olduğunun fərqindəyik,sizi təbrik edirik.Bu 6 illik müqavilə Türkiyə futbol ictimaiyyəti üçün də böyük qürur mənbəyidir”.