"Real Madrid" klubu ötən 2022/23 mövsümü üzrə yekun maliyyə hesabatını açıqlayıb.

İqtisadi.az xəbər verir ki, klub ötən mövsüm oyunçu satışları xaric 843 milyon avro gəlir qazanıb.

Bu məbləğdən xərclər çıxıldıqda kluba 12 milyon avro mənfəət qalıb. Klub daha öncəki 2021/22 mövsümünə nəzərən 17% daha çox gəlir qazanıb.