Madridin "Real" klubu Dortmund "Borussiya"sından Jude Bellinqemi transfer edib.

İqtisadiyyat.az xəbər verir ki,  "Kral" klubu ingilis futbolçu ilə 6 illik müqavilə imzalayıb.

Futbolçunun təqdimat mərasiminin cümə axşamı olması gözlənilir.

"Dortmund" daha əvvəl 19 yaşlı futbolçu üçün "Real Madrid" ilə 103 milyon avroya razılaşdığını açıqlamışdı.

Bellinqemin yeni komandası "Real Madrid"də ildə 10-12 milyon avro qazanacağı gözlənilir.