"Real" "Fənərbağça"nın futbolçusu Arda Gülerlə razılaşıb.

Futbolpress.az xəbər verir ki, "kral klubu" yaxın günlərdə 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Türkiyənin "Fanatik" nəşri "Real"ın Ardanı transfer etdikdən sonra onu Almaniya "Bayer"inə icarəyə verəcəyini yazıb. Güler qarşıdakı mövsümü Bundesliqada keçirə bilər.