"Real” iki futbolçusu ilə yeni müqavilə bağlayacaq. Komanda gən oyunçuları – Federiko Valverde və Eduardo Kamavinqa ilə razılıq əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, hər iki yarımmüdafiəçi mövcud anlaşmalarını 2028-ci ilin yayınadək uzatmağa qərar verib. Oyunçular millinin düşərgəsindən dönən kimi anaşmalar rəsmiləşəcək.

“Real”da yetişən Valverdenin hazırkı müqaviləsi 2027-ci il mövsümünün sonunda başa çatır. 25 yaşlı uruqvaylı çoxsaylı təkliflərdən imtina edib, indi isə madridlilər onun maaşını artırmağa qərar verib.

Kamavinqaya gəlincə, Konqo əsilli fransalı 2021-ci ildə “Renn”dən 31 milyon avroya transfer edilib. 20 yaşlı oyunçunun mövcud anlaşması da 4 ildən sonra bitəcək. “Real” onun həm maaşını, həm də müqavilənin müddətini artıracaq. Vinisius Junior kimi Eduardonun da anlaşmasına 1 milyard avroluq sərbəstqalma bəndi salınacaq