Rumıniyanın "Rapid" klubunun sahibi Dan Şuçu Adrian Mutunun "Neftçi"yə baş məşqçi təyin olunması haqda fikirlərini bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, funksioner "Fanatik"ə açıqlamasında mütəxəssisin 5-6 qat daha yüksək məvacib aldığını yazıb:

"Xəyanət haqda danışmaq asandır, amma yüksək iqtisadi təzyiqi və beş-altı dəfədən çox maaş təklifi alırsa, çətindir. Mutunu saxlamaq üçün danışıqlar apara bilərdim, ancaq maaş fərqi böyük idi".

Mutu 2022/2023 mövsümündə "Rapid"i çalışdırıb. O, bu ilin yayında "Neftçi"nin sükanı arxasına keçib