"Qarabağ”dan ayrılan Ramil Şeydayevin yeni komandası bəlli olur.

İqtisadiyyat.az-ın məlumatına görə, millimizin üzvü Tailand klubu ilə müqavilə bağlamaq üçün sözügedən ölkəyə yollanıb. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Ramilin Tailandın “Buriram Yunayted” klubu ilə müqavilə bağlayacağı bildirilir.