Türkiyənin “Kocaelispor” klubuna keçəcəyi gözlənilən Ramil Şeydayevin maaşı açıqlanıb.

İqtisadiyyat.az yerli mətbuata istinadən xəbər verir ki, millimizin üzvü I Liqa təmsilçisində mövsüm sonuna qədər 300 min avro qazanacaq. Şeydayev növbəti ildən isə 550 min avro alacaq.

Futbolçunun “Kocaelispor”la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.