Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna keçib.

İqtisadiyyat.az xəbər verir ki, bu gün onunla 1,5 illk müqavilə imzalanıb.

İmzalanma mərasimində Şeydayev, “Kocaelispor”un prezidenti Engin Koyun iştirak ediblər.

Millimizin üzvü Tailandın “Buriram Yunayted” klubundan ayrılaraq Türkiyə 1-ci Liqa təmsilçisinə keçib.

Xatırladaq ki, 27 yaşlı hücumçu “Qarabağ”dan ayrıldıqdan sonra 2023-cü ilin yayında “Buriram Yunayted” ilə 2 illik müqavilə imzalamışdı