Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

İqtisadiyyat.az xəbər verir ki, Tailand təmsilçisi yerli "Kxonkan Yunayted"lə üz-üzə gəlib. Qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb.