"Biz oyunun boyük hissəsində, demək olar ki, etməli olduqlarımızı etdik” – bu sözləri Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik deyib. Onun komandası dünən Avro-2024-ün seçmə mərhələsinin ilk matçında Azərbaycan komandasına 4:1 hesabı ilə qalib gəlib.

İqtisadiyyat.az xəbər verir ki, nəticədən və futbolçularından razı qalan alman mütəxəssis bildirib ki, matçın sonunadək rəqibi təzyiq altında saxlayıblar: “Yalnız ilk 20 dəqiqə çətin keçdi. Ovaxta qədər biz mübarizəni uda, oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Meydandakı yerdəyişmələrdən sonra isə topa daha çox sahib olduq və düşündüyümüz oyunu sərgilədik. Bu, həlledici amil idi”.

Baş məşqçi fərdi qaydada heç bir oyunçusunu fərqləndirmək istəmədiyini də söyləyib. O, iki qol vuran və bir qolun ötürməsini edən Marsel Zabitser barədə isə deyib: “Əlbəttə, əgər oyunçu iki qol vurursa və bir qolun da ötürməsini edirsə, deməli, o, başqalarından daha yaxşı olub”.