"Qarabağ"ın rəqibi olan "Rakov" dünən Bakıya gəlib. Onlar Azərbaycan paytaxtına çarter reysi ilə yola düşüblər.

İqtisadiyyat.az xəbər verir ki, Polşa mətbuatı Çenhstohova təmsilçisinin səfəri ilə bağlı bəzi maraqlı məlumatlar yayıb.

Bildirilir ki, komanda Bakıda üç gecə (1,2,3-cü günlər) qalacaq. "Qarabağ"la oyundan bir gün sonra komanda Polşaya qayıdacaq. "Rakov" Bakıda iki otel tutub. Bunlardan biri komanda üzvləri, digəri isə VİP şəxslər, azarkeşlər və jurnalistlər üçündür. Bakı səfəri üçün Çenhstohova təmsilçisi ümumilikdə 2 milyon Polşa zlotu xərcləyib. Bu, hazırkı məzənnə ilə 226 min avro deməkdir.

Xatırladaq ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakov" oyunu saat 20:00-da başlanacaq. İlk matçda Polşa təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.