"Rayo Valyekano"da çıxış edən Radamel Falkao karyerasını Malayziyada davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, "Johor" klubu 37 yaşlı forvardın xidmətində maraqlıdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Falkaonun İspaniya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Malayziya klubu kolumbiyalı hücumçunu azad agent kimi heyətinə qatmaq istəyir.

Falkao daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted", Fransada "Monako", Türkiyədə "Qalatasaray", İspaniyada "Atletiko" kimi klublarda forma geyinib.