"Qarabağ” yeni transferini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Ağdam klubu Emmanuel Addaini heyətə cəlb edib.

İspaniyanın “Alkorkon” klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Emanuel Addai üçün klubuna 1 milyon avro ödənilib. Hücumameylli yarımmüdafiəçinin son klubu “Alkorkon” olub.

O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.