Qurban bayramı münasibətilə müəyyən edilmiş məntəqələrlə yanaşı digər ərazilərdə də heyvan satışı və kəsimi həyata keçirilib.

İqtisadiyyat.az bildirir ki, qurbanlıq heyvanlara tələbat çox olub, amma  şərait olmadığından həmin yerlərdə xoşagəlməz mənzərə yaranıb. Elə qəssabların özləri də bu vəziyyətdən narazılıq ediblər. Onlar xüsusi kəsim məntəqələrinə heyvanları aparmağın əlavə xərc olduğunu bildiriblər.

Məsələ ilə bağlı  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, rayon icra hakimiyyətlərinə  və yerli  polis orqanlarına məlumat verilib. Aidiyyəti qurumların səyi nəticəsində dərhal tədbir görülüb, qurulan konstruksiyalar yol  kənarları və səkilərin üzərindən yığışdırılıb.
Ətraflı

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: