Qlobal neft hasilatı noyabr ayında oktyabr ayı ilə müqayisədə gündəlik 120 min barel azalaraq 102 milyon 130 min barelə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Neft Bazarı Hesabatı”nda deyilir.

Bu dövrdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı gündəlik təxminən 100 min barel azalaraq 28 milyon 100 min barelə çatıb.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 30 min barel azalaraq təxminən 68 milyon 450 min barelə çatıb.

​Hesabat dövründə hasilatı ən çox artıran ölkələr Kanada, ABŞ və İran olub.

 

Gözəl Həşimova