Dünyada əhali artdıqca və aşağı gəlirli ölkələr urbanizasiyaya doğru irəlilədikcə, enerjiyə qlobal tələbat durmadan artır. Koronavirus pandemiyası zamanı iqtisadi fəaliyyətlərin azalması səbəbindən 2020-ci ildə enerji tələbinin azalmasına baxmayaraq, əsrin əvvəlindən bəri qlobal enerji istehsalı 60% artıb.
Araşdırmalara görə, ötən il qlobal xam neft hasilatı təxminən 4,5 milyard ton təşkil edib. Bu, indiyə qədər hasil edilmiş ən yüksək miqdar hesab olunur. Bu göstərici 1998-ci illə müqayisədə 1 milyard ton çoxdur.
İqtisadiyyat.az dünya üzrə neft hasilatı ilə bağlı araşdırma aparıb.
Məlumata görə, dünyada ən böyük enerji istehsalı və istehlakı Çinin payına düşür.
ABŞ isə dünyanın ən böyük neft hasilatçısı hesab edilir. Qazma və şist hasilatı sahəsində əldə etdiyi irəliləyişlərdən faydalanan ABŞ bir çox istehsalçı ölkələri üstələyib və dünyanın ən böyük xam neft tədarükçüsü olub. ABŞ 1850-ci ildən bəri neft hasil edir. Texas isə indiyə qədər ən çox xam neft istehsal edən ABŞ ştatıdır.
Bəs 1998-ci ildən 2023-cü ilə qədər dünyada nə qədər neft hasil edilib?
İllər |
Neft hasilatının həcmi |
1998 |
3,528 milyard ton |
1999 |
3,448 milyard ton |
2000 |
3,599 milyard ton |
2001 |
3,598 milyard ton |
2002 |
3,555 milyard ton |
2003 |
3,713 milyard ton |
2004 |
3,899 milyard ton |
2005 |
3,932 milyard ton |
2006 |
3,967 milyard ton |
2007 |
3,958 milyard ton |
2008 |
4 milyard ton |
2009 |
3,901 milyard ton |
2010 |
3,978 milyard ton |
2011 |
4 milyard ton |
2012 |
4,120 milyard ton |
2013 |
4,126 milyard ton |
2014 |
4,222 milyard ton |
2015 |
4,363 milyard ton |
2016 |
4,380 milyard ton |
2017 |
4,387 milyard ton |
2018 |
4,490 milyard ton |
2019 |
4,487 milyard ton |
2020 |
4,188 milyard ton |
2021 |
4,237 milyard ton |
2022 |
4,429 milyard ton |
2023 |
4,508 milyard ton |
Qeyd edək ki, dünyada ən çox neft hasil edən 3 ölkə ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyadır.
Gözəl Həşimova