Beynəlxalq Enerji Agentliyi (IEA) bu il Rusiyadan kömür ixracının 16 milyon ton azalacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) ilin birinci yarısının yekunlarına dair hesabatında verilib.

Məlumata görə, bununla da Rusiya kömür ixracının azalmasına görə dünyada lider olacaq.

IEA ekspertləri etiraf ediblər ki, Rusiyada kömür hasilatı azalmaqda davam edir və sanksiyalar bu prosesə az təsir göstərir.

 

Gözəl Həşimova