Bu ilin birinci yarısında Çin Rusiyadan qaz alışını 22,5% artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan bildirib.

Onun sözlərinə görə, bu dövrdə Rusiyadan neft tədarükünün həcmi 55 milyon ton təşkil edib.

Bildirilib ki, 2023-cü ildə Çinin Rusiyadan neft idxalı 24% artaraq 107 milyon ton təşkil edib.

 

Gözəl Həşimova