Dünyada bərpa olunan enerji mənbələrinin sürətlə genişlənməsinə baxmayaraq, əsas iqtisadiyyatlarda elektrik enerjisinə tələbatın artması səbəbindən bu il və gələn il qlobal kömür tələbinin əsasən sabit qalacağı təxmin edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Kömür 2024" hesabatında deyilir.

Məlumata görə, dünyanın iki ən böyük kömür istehlakçısı olan Çin və Hindistandakı güclü artım sayəsində ötən il qlobal kömür tələbi 2,6% artaraq rekord səviyyəyə çatıb.

Bu, elektrik enerjisinə tələbatın kəskin artması və su elektrik enerjisindən istehsalın azalması ilə əlaqədardır.

Qlobal kömür istehlakının yarısından çoxu Çinin payına düşsə də, Avropada kömür tələbi 2000-ci illərin sonlarında başlayan azalma tendensiyasını davam etdirir.

Avropa İttifaqında (Aİ) kömürdən elektrik enerjisi istehsalı 2023-cü ildə 25 faiz azalıb.

 

Gözəl Həşimova