"France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi 8-ci dəfə bu titula sahib çıxıb.

Messi Argentina yığması ilə birlikdə DÇ-2022-nin qalibi olub.

O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.