Üç ticarət günü ərzində 3,5% ucuzlaşan qızılın qiyməti korreksiya çərçivəsində artıb.

Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,1%, yaxud 1,7 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 786,6 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,03% artaraq, 1 unsiyası 22,308 ABŞ dolları təşkil edib.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra ABŞ dollarının indeksinin artması ardıcıl 3 gün qiymətli metalın ucuzlaşmasına səbəb olmuşdu. FES həmçinin, baza faiz dərəcəsinin mümkün artımı barədə siqnallar ötürüb ki, bu da dollar üçün müsbətdir. Lakin daha güclü ABŞ dolları qızılın satınalmalar üçün cəlbediciliyini azaldır.