Qırğızıstanın İqtisadiyyat Nazirliyi siqaretlərin idxalına, tranzitinə və ya təkrar ixracına altı ay qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təklif edib və ictimai müzakirəyə çıxarıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, məhdudiyyət Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmayan bütün ölkələrə şamil ediləcək.

Qanun layihəsinin əsaslandırma sənədində qeyd olunur ki, Qırğızıstanda 2023-cü ildə qeyri-qanuni siqaretlərin payı 17,7% təşkil edib. Bildirilir ki, saxta məhsullar əsasən Serbiya və BƏƏ-də istehsal olunub: “Bununla əlaqədar olaraq vətəndaşların sağlamlığını saxta, sertifikatsız siqaretlərin istehlakından qorumaq məqsədi ilə 6 ay müddətinə idxalına qadağa qoyulması qərara alınıb”.