Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni sosial mənzillərin satışı ilə bağlı bazar qiymətini araşdırmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bazar araşdırması Lənkəran (1,5 ha), Sumqayıt (2,0 ha), Binəqədi (9 ha), Yevlax (1,9 ha) və Şirvan (8,11 ha) yaşayış komplekslərində daşınmaz əmlakların satışı ilə bağlı nəzərdə tutulub.

Qeyd olunan yaşayış komplekslərinin yerləşdiyi ərazilərdəki analoji daşınmaz əmlakların hazırda orta bazar qiyməti ilə bağlı bazar araşdırmasını və Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının bütün sektorlarını əhatə edən aylıq informasiya xidmətlərini "MBA LTD" şirkəti həyata keçirəcək.