Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gündə Ukrayna Silahlı Qüvvələrinin 68 təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi mıəlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələr hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Hava hücumundan müdafiə sistemləri eyni zamanda üç HIMARS raketini də yerə salıb.