Neymar Braziliya sahillərində ada almağa yaxındır. Adanın qiyməti təxminən 8,4 milyon avrodur.

İqtisadiyyat.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Braziliya sahillərindəki Yapao adası futbolçunun xoşuna gəlib. Ada Rio de Janeyro əyalətində yerləşən Anqra dos Reys liman şəhəri yaxınlığında yerləşir. Rionun özü də uzaqda deyil. Ada demək olar ki, Braziliyanın ən böyük iki şəhəri – Sao Paulo və Rio arasında yerləşir.

Adada braziliyalını fantastik şərait gözləyir. 24.000 kvadrat metrlik adada iki yataq otağı olan dəbdəbəli İndoneziya üslublu villa, həmçinin dəniz mənzərəli üç bungalo var. Adanın ortasında ekzotik koi balıqlarının yaşadığı bir gölməçə də var. Buraya yalnız qayıq və ya helikopterlə gəlmək mümkündür.

Braziliyalı jurnalist Leo Diazın sözlərinə görə, futbolçu adada bir ay qaldıqdan sonra qərarını verəcək. Neymar bir ay üçün 50 min avro ödəyəcək. Bir müddət əvvəl Neymarın keçmiş sevgilisi, aktrisa və model Bruna Markezini də Yapaoda qalmışdı.