Xocavənd rayonunun Xocavənd kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması işlərinə başlanılır.

İqtisadiyyat.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Qeyd olunub ki, qurum işləri “Dünya Tikinti” MMC-yə həvalə edib və şirkətlə 1 824 000 manat dəyərində müqavilə bağlayıb.