Egey dənizində 4.2 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla 15.08-də baş verən zəlzələnin episentri Çanaqqalanın Ayvacık rayonunan 52 kilometr uzaqlıqda yerləşib.

Zəlzələ ilə bağlı indiyədək heç bir tələfat alınmayıb.