Döyüşlər başlayandan bəri İsrail Müdafiə Qüvvələri çox güman ki, Qəzza zolağında 14 minə yaxın terrorçunu məhv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, anklavda gedən döyüşlərdə il ərzində HƏMAS-ın 4,7 minə yaxın tuneli dağıdılıb.

Ümumilikdə İsrail Qəzzadakı hədəflərə 40,3 minə yaxın hava hücumu həyata keçirib.

 

Gözəl Həşimova