Çin Xalq Bankı sentyabrda ardıcıl 5-ci aydır ki, ölkənin qızıl ehtiyatlarını artırmaqdan imtina edib.

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Bildirilib ki, bunun əsas səbəbi qiymətli metalın kəskin bahalaşmasıdır. Belə ki, daha yüksək qızıl qiymətlərini nəzərə alaraq, Çin Xalq Bankı yeni alışları dayandırmağa davam edib. Məlumatda tənzimləyicinin ehtiyatları artırmaq istədiyi, lakin bazara daxil olmaq üçün daha cəlbedici qiymət gözlədiyi qeyd olunub.

Nəşr yazır ki, avqustda Çin qızıl ehtiyatlarının dəyərinin 182,98 milyard dollardan 191,47 milyard dollara yüksəlməsinə baxmayaraq, onların fiziki həcmi 72,8 milyon troy unsiya səviyyəsində qalıb.

Qızıl qiymətləri bu il təxminən 28% bahalaşıb ki, bu da son 14 ilin ən sürətli illik göstəricisidir. 

 

Sadiq Cavadov